[b]Rəşad Sadıqov “Range Rover”lə qəzaya düşdü[/b]
11.10.2017 - 17:32
[b]Rəşad Sadıqov “Range Rover”lə qəzaya düşdü[/b]

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov avtomobili ilə qəza törədib. Apasport.az-ın yenicag.az saytına istinadən məlumatına görə, hadisə bu gün baş verib.

 

Belə ki, Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov “Neftçi” ilə oyundan qayıdarkən qəza törədib. O, Binə yolunda idarəetməni itirərək avtomobili yolun kənarındakı maneə dirəyinə çırpıb. Qəza zamanı təcrübəli müdafiəçinin “Range Rover” markalı maşını əzilsə də, xoşbəxtlikdən özü ciddi xəsarət almayıb. Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.

 

Qeyd edək ki, məlumatı Ağdam klubundan da təsdiqləyiblər.

 

0