[b]Azərbaycan derbisində iki itki[/b]
16.10.2017 - 10:12
[b]Azərbaycan derbisində iki itki[/b]

Azərbaycan Premyer Liqasının VIII turu iki futbolçunun cəzalanması ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, onlardan biri qırmızı, digəri sarı vərəqə üzündən növbəti turu buraxacaq.

 

“Kəpəz”in futbolçusu Şəhriyar Əliyev “Zirə” ilə qarşılaşmada sarı vərəqə alıb və xəbərdarlıq sayını 4-ə çatdırıb. Bu da onun növbəti turda “istirahət” qazanmasına səbəb olub.

 

Şəhriyar IX turun “Neftçi” ilə ev oyununu buraxacaq. Azərbaycan derbisinə paytaxt təmsilçisi də itki ilə çıxacaq. “Səbail”lə görüşdə ikinci sarı vərəqə üzündən meydandan qovulan Derlis Meza Kolli Gəncə səfərində komandasına kömək etməyəcək.

0