[b]Qurban Qurbanov üçün əlamətdar oyun[/b]
16.10.2017 - 10:50
[b]Qurban Qurbanov üçün əlamətdar oyun[/b]

Çempionlar Liqasının qrup mərhələsinin sabah start götürəcək III turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, oktyabrın 18-də İspaniya “Atletiko”su ilə görüş 45 yaşlı mütəxəssisin avrokuboklarda 75-ci matçıdı.

 

Karyerası ərzində “Neftçi” və “Qarabağ”a rəhbərlik edən çalışdırıcı indiyədək qitə miqyaslı turnirlərin 74 oyununda baş məşqçilik edib. Qurbanovun ilk belə sınağı 2007-ci ilə təsadüf edib. Həmin vaxt “Neftçi” UEFA kubokunda Avstriyada “Rid”ə uduzub – 1:3.

 

Mütəxəssisin yetirmələri 74 qarşılaşmada 32 qələbə qazanıb. 20 heç-heçəyə şahid olan Qurbanov 22 məğlubiyyətə üzülüb. Onun yetirmələri 85 qol vurmaqla, orta məhsuldarlıqda 1,15-ə nail olub. Çalışdırıcının komandaları 75 top buraxıb ki, bu da hər görüşdə 1,01 qol deməkdi.

 

Qeyd edək ki, Qurbanovun 74 oyunundan 2-si “Neftçi”, 72-si “Qarabağ”da olub.

0