[b]“Qarabağ” bu vaxta qədər oynadığım ən ciddi klubdu” [/b]
18.10.2017 - 11:41
[b]“Qarabağ” bu vaxta qədər oynadığım ən ciddi klubdu”  [/b]

“Bakı modern şəhərdi. Burda hər cür şərait var”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Dani Kintana deyib.

 

İspaniyalı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Atletiko” ilə keçiriləcək matçdan öncə ölkəsinin mətbuatına açıqlama verib.

 

Təcrübəli futbolçu paytaxtımız haqda müsbət fikirlər səsləndirib. O, “Qarabağ”a keçidini də yada salıb: “Bakıda “El Portalon”, yəni ispan yeməklərinin hazırlandığı restoran var. Burda yaşamaq mənim üçün rahatdı. Əslində, “Əl-Əhli”yə keçməmişdən əvvəl də “Qarabağ” xidmətimdə maraqlı idi. Amma həmin vaxt Səudiyyə Ərəbistanına yollanmağı üstün tutmuşdum. Lakin orda adaptasiya üçün lazımi qədər vaxtım olmadı. FİFA-nın qaydalarına əsasən, “Qarabağ”a keçsəm belə, bir müddət oynaya bilməyəcəkdim. Lakin bu, baş məşqçi və klub üçün önəmli deyildi. Onlar mənimlə müqavilə imzaladılar və dedilər ki, qarşıdakı 6 ay həm komandaya, həm də ölkəyə tam uyğunlaşmağıma kömək edəcək. “Qarabağ” bu vaxta qədər oynadığım ən ciddi klubdu”.

 

Kintana “Qarabağ”ın bu yay heyətinə qatdığı Yakub Jezniçak haqda da danışıb. İspaniyalı xavbek polşalı müdafiəçinin onunla məsləhətləşdikdən sonra qərar verdiyini vurğulayıb: “Məndən klub haqda soruşdu və Yakuba tərəddüd etməməyi məsləhət gördüm. Bildirdim ki, burda oynamaq və yaşamaq üçün heç bir problem yoxdu. Neft ölkənin əsas gəlir mənbəyi sayılır. Klub isə iri ərzaq istehsalçısı olan “Azərsun Holdinq”ə məxsusdu. “Qarabağ” son illərdə çox inkişaf edib, çempionat oyunlarını keçirmək üçün öz stadionunu tikdirib. Biz məşqlərimizi də orda edirik. Klubda hər şey ən yüksək səviyyədədi”.

 

Qeyd edək ki, 30 yaşlı futbolçu 2015-ci ildən “Qarabağ”ın üzvüdü.  

0