[b]Azərbaycan yığmasının 49 faizi[/b]
20.10.2017 - 13:04
[b]Azərbaycan yığmasının 49 faizi[/b]

DÇ-2018-də çıxışını başa vuran Azərbaycan millisində klubların payı bəlli olub. Apasport.az saytının hesablamalarına görə, seçmə mərhələdə keçirdiyi 10 oyunla mundiala vida edən yığmamızın hansı komandaların üzvlərinə güvəndiyi müəyyənləşib.

 

Baş məşqçi Robert Prosineçki 2016-2017-ci illərdə keçirilən 10 görüşdə 17 klubun oyunçularına şans verib. Bunlardan 6-sı yerli komandalardı.

 

Seçmə mərhələdə milliyə ən çox oyunçu verən isə son illərin dəyişməz lideri “Qarabağ”dı. Arxada qalan tsikldə Ağdam klubunun üzvləri yığmamızın heyətində ümumilikdə 68 oyun keçiriblər.

 

Baş tutan 10 qarşılaşmanın hamısında 3 dəyişiklik olduğunu nəzərə alsaq, millidəki klub nümayəndələri ümumilikdə 140 matç keçirib. Bunun 68-i “Qarabağ”ın hesabındadısa, ağdamlılar seçmə mərhələdə millinin 48,57, yuvarlaqlaşdırdıqda 49 faizini təşkil edib.

 

Digər Azərbaycan klubları ümumilikdə 35 oyunluq göstəriciyə malikdi. Bu da “Qarabağ”dan təxminən iki dəfə azdı.

 

İkinci sırada “Qəbələ”, üçüncü yerdə “Neftçi” qərarlaşıb. “İnter”, “Zirə” və “Sumqayıt”ın təmsilçiliyi barmaqla sayılan qədərdisə, “Kəpəz”, elitanı yeni tərk edən AZAL (indiki “Şüvəlan”) və debütant “Səbail” DÇ-2018-də milliyə faydalı olmayıb.

 

yer

klub

oyun

1

Qarabağ

68

2

Qəbələ

19

3

Neftçi

8

4

İnter

5

5

Zirə

2

6

Sumqayıt

1

 

6 yerli klubla yanaşı, 11 xarici komanda da seçmə mərhələdə millimizə oyunçu verib. Türkiyə, Ukrayna və Almaniyanın hərəsindən 2 komanda yığmamıza faydalı olub. Portuqaliya, Slovakiya, Kipr, İspaniya və Çexiyanın 1 klubu bu baxımdan Prosineçkiyə lazım olub.

 

Klublar arasında liderlik “Aue”yə məxsusdu. Almaniya klubu Dmitri Nazarovun keçirdiyi 9 oyun hesabına xaricilər arasında 1-ci, ümumilikdə 3-cüdü. 2-ci Bundesliqa klubu yalnız “Qarabağ”la “Qəbələ”dən geri qalır.

 

yer

klub

oyun

1

Aue (Almaniya)

9

2

Boavişta (Portuqaliya)

6

3

Trabzonspor (Türkiyə)

4

4-6

Jilina (Slovakiya)

3

 

Kadis (İspaniya)

3

 

Mlada Boleslav (Çexiya)

3

7-9

Aleksandriya (Ukrayna)

2

 

Bursaspor (Türkiyə)

2

 

Stal (Kamenskoye, Ukrayna)

2

10-11

Anortosis (Kipr)

1

 

Ayntraxt (Frankfurt, Almaniya)

1

 

Yerli və xarici klubların millimizdəki təmsilçi sayını topladıqda, bu rəqəm 139-a bərabərdi. Göstəricinin 140-a bərabər olmaması isə bir oyunçunun yığmaya klubsuz kimi qatılmasından irəli gəlir. Kamran Ağayev “Boavişta”dan ayrılandan sonra Şimali İrlandiya ilə Bakıdakı qarşılaşmada klubsuz kimi meydana çıxıb.

 

Qeyd edək ki, Azərbaycan klubları xarici yığmalarda da təmsil olunub. Onlar millilərdəki ümumi oyunçu sayına görə bonus məbləğlər də alacaqlar.

0