[b]“Bunu çoxdan gözləyirdik” – Dieqo Simeone[/b]
23.10.2017 - 11:21
[b]“Bunu çoxdan gözləyirdik” – Dieqo Simeone[/b]

“Son oyunlarda qalib gələ bilmirdik. Buna görə də, qələbə bizim üçün vacib idi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib.

 

La Liqanın X turunda “Selta”nı 1:0 hesabı ilə üstələyən Madrid təmsilçisi 4 oyunluq qələbəsizlik seriyasına son qoyub.

 

Matçdan sonra açıqlama verən Simeone nəticəni şərh edib: “Vacib qalibiyyət əldə etdik. Həm xal ehtiyatımızı artırmaq, həm də komandadaxili ab-havanın yaxşılaşması baxımından önəmli qələbədi. Bu nəticəni çoxdan gözləyirdik. Gücümüzü, futbol oynamağı bacardığımızı bir daha sübuta yetirdik”.

 

İspaniya çempionatının növbəti turunda, oktyabrın 28-də “Vilyarreal”la qarşılaşacaq “Atletiko” 3 gün sonra “Qarabağ”ı qəbul edəcək.

 

Simeone son qələbənin qarşıdakı matçlardan əvvəl komandaya müsbət təsir göstərəcəyini deyib: “Kevin Qameyronun qol vurması məni sevindirdi. O, gündən-günə inkişaf edir. Bu oyundan sonra işlərimiz qaydasında gedəcək. Bizim üçün çətin həftələrdi. Həm La Liqa, həm də Çempionlar Liqasında mübarizə aparırıq. Bu səbəbdən heyət quranda alternativlər fikirləşməliyik. Bütün oyunlarda gücümüzü göstərmək baxımından bu, böyük önəm daşıyır”.

 

 

0