[b]Gimnastımız bir yarışda 4 qızıl və 1 gümüş medal qazandı[/b]
06.11.2017 - 14:13
[b]Gimnastımız bir yarışda 4 qızıl və 1 gümüş medal qazandı[/b]

Belçikanın Gent şəhərində bədii gimnastika üzrə keçirilən “Happy Cup” adlı beynəlxalq turnir başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış yığmamız üçün uğurlu alınıb.

 

Komandamız Gentdə hesabına 5 medal yazdırıb. Belə ki, gimnastımız Zöhrə Ağamirova çoxnövçülükdə 27 iştirakçı arasında çempion tituluna yiyələnib. O, halqa, gürzlər və lentlə də final mərhələlərində bütün rəqiblərini geridə qoyaraq, növbəti 3 qızıl medala yiyələnib və bununla da Gentin idman arenasında 4 dəfə Azərbaycan himnini səsləndirib. Zöhrə 1 gümüş medalını isə topla hərəkətlərdə qazanıb.

 

Turnirdə yeniyetmələrin proqramda ölkəmizi təmsil edən gimnastımız Yelizaveta Luzan isə iki finalda çıxış edib. Gənc idmançımız 57 iştirakçı arasında lentlə 4-cü, topla isə 5-ci yerdə qərarlaşıb.  

 

0