SİZİN REKLAM BURADA

Azərbaycan yığması Gürcüstanla qarşılaşacaq

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramı açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamız noyabrın 15-dən 20-dək Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışı keçirəcək.

 

Hazırlıq prosesində millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə 2 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Bu qarşılaşmalar noyabrın 17-də və 19-da baş tutacaq.

 

Millimiz səfərə 24 futbolçu ilə yollanacaq. Heyətdə Fidan Abdulrəhmanova (“Araz”), Ləman Niftəliyeva, Umnisə Əliyeva, Alina Nəhmədova (hamısı “Fidan”), Pərvin Səfərəliyeva (“Keşlə”), Lamiyə Qurbanova, Anna Abulaşvili (hər ikisi “Qəbələ”), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva (hamısı “Mingəçevir”), Elvira Əsgərzadə, İlahə Əkbərova, Minarə Gözəlova, Nərmin Əhmədli, Sona Rəhimova, Aytac Neymətova, Nigar Əhmədova, Gövhər Məmmədova, Lamiya Əlizada (hamısı “Təhsil”), Aysun Muradova (“Zaqatala”), Melis Ersoy (“Karabuk Genclikspor”, Türkiyə), Leyla Rustəmova (klubsuz), Gülşən Eldarova (“Şəki”), Ləman Mustafazadə (“Təhsil” İmişli) yer alıblar.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10