[b]Nizami Hacıyev “Neftçi” ilə 2 illik müqavilə bağlayacaq[/b]
18.11.2017 - 15:37
[b]Nizami Hacıyev “Neftçi” ilə 2 illik müqavilə bağlayacaq[/b]

“Keşlə”nin kapitanı Nizami Hacıyev karyerasını “Neftçi”də davam etdirəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında 29 yaşlı futbolçunun özü məlumat verib.

 

Nizami yeni komandası ilə gələn həftə rəsmi müqavilə imzalayacaq. Sözləşmə 2 illik müddəti əhatə edəcək.

 

Qeyd edək ki, bu vaxta qədər Hacıyevin “Neftçi”yə keçəcəyi ilə bağlı bir neçə dəfə məlumat yayılsa da, o, son anda hazırkı komandasında qalmağı üstün tutmuşdu.

0