SİZİN REKLAM BURADA

Eden Azar “Qarabağ” və “Liverpul”la oyunlara eyni yanaşır

“İlk dəqiqədən etibarən üstünlük bizim tərəfimizdə idi və sona qədər belə qaldı. Əla xarakter nümayiş etdirdik”. Apasport.az saytının məlumatına görə, bunu “Çelsi”nin futbolçusu Eden Azar deyib.

 

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan London təmsilçisi Bakı səfəri öncəsi Premyer Liqanın XII turunda “Vest Bromviç” üzərində 4:0 hesablı qələbə qazanıb.

 

Britaniya mətbuatına açıqlamasında matçı dəyərləndirən Azar hər tur bu cür çıxış etməyə borclu olduqlarını söyləyib: “4 qol vurduq və qapımızdan top buraxmadıq. Hər həftə bu cür oynamaq lazımdı. Doğru zehniyyətə sahibik. Bura gələndə bilirdik ki, oyun asan keçməyəcək. Çünki rəqib fiziki cəhətdən güclü idi. Baş məşqçimiz demişdi ki, topu yerdə saxlaya bilsək, qələbə qazanmaq şansımız yüksək olacaq. Biz də bunu bacardıq”.

 

Qarşılaşmada 2 qolun müəllifi olan belçikalı ulduz futbolçu üçün qələbə daha vacibdi: “Qol vurmaq hər zaman yaxşıdı. Bu, mənim üçün ən vacib amil deyil, ancaq özünəinam üçün lazımdı. İki qol vursam da, komandamın qələbə qazanması və yüksək səviyyəli oyun keçirməsi daha vacib idi”.

 

Bu qalibiyyət sayəsində xallarının sayını 25-ə yüksəldən son çempion lider “Mançester Siti”dən 9 xal geri qalır. Azar isə bu fərqi aradan qaldıra biləcəklərini düşünür: “Arsenal”ın “Tottenhem” üzərində qələbəsi bizi turnir cədvəlində 3-cü pilləyə yüksəltdi. Ancaq hədəfimiz lider “Mançester Siti” ilə aradakı xal fərqini qapamaqdı. Bunun üçün isə uzunmüddətli qələbə seriyasına ehtiyacımız var. Hər həftə eyni nəticəni göstərməliyik. Turnir cədvəlində bizdən yuxarıda olan komandalara yaxın olmaq istəyirik. “Mançester Siti” çox oyunda qələbə qazanıb. Aradakı boşluğu doldurub-doldurmayacağımız mövsümün sonunda bəlli olacaq”.

 

Noyabrın 22-də “Qarabağ”la Bakı Olimpiya Stadionunda qarşılaşacaq “Çelsi” bundan 3 gün sonra Premyer Liqa çərçivəsində “Enfild Roud”da “Liverpul”un qonağı olacaq. 26 yaşlı hücumameyilli oyunçu hər iki matçla bağlı hədəflərini açıqlayıb: “Çox çətin həftəyə giririk. Əvvəlcə Çempionlar Liqasında “Qarabağ”la səfərdə üz-üzə gələcək, ardından isə “Liverpul”un qonağı olacağıq. Bu səfərlərdən qələbə ilə ayrılmaq niyyətindəyik. Bu sıx təqvimdən uğurlu nəticələrlə çıxmaq üçün kifayət qədər zəngin heyətə sahibik. Həm Premyer Liqada, həm də Çempionlar Liqasında hədəfimiz böyük olduğundan, nəticələrimizi də buna uyğun əldə etməliyik”.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10