[b]“Belə müdafiə xətti olmaz!” – Berti Foqts[/b]
22.11.2017 - 10:04
[b]“Belə müdafiə xətti olmaz!” – Berti Foqts[/b]

Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts ölkəsinin mətbuatına açıqlama verib. Apasport.az saytı xəbər verir ki, almaniyalı mütəxəssis Dortmund “Borussiya”sının hazırkı durumunu dəyərləndirib.

 

O, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində öz meydanında “Tottenhem”ə uduzan (1:2) dortmundluların müdafiə xəttini tənqid edib.

 

Foqts uğursuz çıxışa görə baş məşqçi Peter Boşun istefaya göndərilməsi tələbini düzgün saymır: “Borussiya”nın müdafiə xətti çox zəifdi. Belə müdafiə xətti olmaz! Xüsusən, mərkəz müdafiəçilərini nəzərdə tuturam. Onlar Bundesliqanın başqa komandalarında əsas heyətə düşə bilməzlər. Komandanın uğursuzluğunda baş məşqçi günahkar deyil. Fakt budu ki, klub rəhbərliyi mövsümdən əvvəl səviyyəli müdafiəçilər transfer etmədi. Buna görə baş məşqçi məsuliyyət daşımır”.

 

Qeyd edək ki, Berti Foqts millimizi 2008-2014-cü illərdə çalışdırıb. 

 

 

 

 

0