[b]Təmsilçilərimiz üçün uğursuz tur[/b]
27.11.2017 - 00:07
[b]Təmsilçilərimiz üçün uğursuz tur[/b]

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında IX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın voleybolçularının çıxış etdikləri klublar da növbəti oyunlarını keçiriblər.

 

Yığmamızın kapitanı Odina Bayramovanın şərəfini qoruduğu “Seramiksan” səfərdə “Eczaçıbaşı”na məğlub olub – 0:3. “Mavi-ağlar”ın 24:26, 19:25 və 12:25 hesablı uduzduğu oyunda Bayramova 10 xal toplayıb.

 

Marqarita Əzizovanın forma geyindiyi “Beşiktaş” “Çanaqqala BLD.”-yə qonaq olub. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Marqarita 27:25, 20:25, 21:25, 25:20, 16:14 hesabları ilə bitən görüşdə aktivinə 5 xal əlavə edib.

 

Yana Kulanın çıxış etdiyi “Bəylikdüzü” “Qalatasaray” səfərinə yollanıb. Meydan sahiblərinin 3:0 hesablı qələbəsi (25:23, 25:18, 27:25) ilə yekunlaşan oyunda təmsilçimiz  17 xal toplayaraq oyunun ən yaxşısı olsa da, bu, məğlubiyyətdən qaçmağa bəs etməyib. 

 

Polina Rəhimovanın komandası “Fənərbaxça” isə “Vakıfbank” səfərinə yollanıb. Rəhimova görüşdə sadəcə bir set oynayıb və 4 xal toplayıb. Komandası isə 1:3 hesabı ilə uduzub.

 

Geridə qalan 9 oyundan sonra “Fənərbaxça” ikinci, “Beşiktaş” 7-ci, “Seramiksan” 9-cu, “Bəylikdüzü” isə 11-ci pillədə qərarlaşıb. 

0