[b]Azərbaycan çempionu Portuqaliya klubu ilə qarşılaşacaq[/b]
30.11.2017 - 01:45
[b]Azərbaycan çempionu Portuqaliya klubu ilə qarşılaşacaq[/b]

Kişi voleybolçular arasında “Çelenc Cup” turnirinin II təsnifat mərhələsində Kiprin “Apoel” komandasını iki oyunun nəticəsinə görə məğlub edərək 1/16 final mərhələsinə yüksələn “Lokomotiv”in bu mərhələdəki rəqibinin adına aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, Azərbaycan çempionu Portuqaliya təmsilçisi “Fonte Bastrado” ilə üz-üzə gələcək.

 

İlk oyunun Bakıda keçiriləcəyi bəlli olsa da, qarşılaşmanın dəqiq hansı tarixdə və saatda oynanılacağı hələ müəyyənləşməyib. Matçın 5-7 dekabr tarixləri arasında olacağı isə məlumdur.

 

Bununla belə, Azor adalarında baş tutacaq cavab matçının dəqiq tarixi və başlama saatı artıq elan olunub. “Lokomotiv”in “Fonte Bastrado” ilə cavab görüşü dekabrın 20-də, Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

 

Artıq hər iki qarşılaşmanın hakimləri də bilinir. Bakıdakı oyunda slovakiyalı Pavel Vasko və fransalı Şantal Kayzer, Portuqaliyadakı matçda isə italiyalı Mauro Karlo Qoytre və Fransa təmsilçisi Ehsanullah Rejaeyan ədaləti qoruyacaqlar.

0