[b]Voleybolçularımızdan fərqli nəticələr[/b]
03.12.2017 - 15:46
[b]Voleybolçularımızdan fərqli nəticələr[/b]

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında X tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, azərbaycanlı voleybolçuların çıxış etdikləri klublar da növbəti oyunlarını keçiriblər.

 

Milli komandamızın üzvü Marqarita Əzizova formasını geyindiyi “Beşiktaş” “Qaralatasaray”la üz-üzə gəlib. Görüş “sarı-qırmızılar”ın 3:2 hesablı qələbəsi ilə yekunklaşıb. Matçın 2 setində meydanda olan Əzizova cəmi 1 xal toplaya bilib.

 

Polina Rəhimovanın çıxış etdiyi “Fənərbaxça” “Çanakkale BLD.”-yə şans verməyib – 3:0. Sonuncu setdə meydana çıxan Rəhimova 9 xal yığıb.

 

Hesabat turu “Bəylikdüzü” klubunun şərəfini qoruyan Yana Kulan üçün uğurlu olub. Milli komandamızın voleybolçusu komadasının “Nilüfər Bələdiyyəsi” ilə oyunda 3:1 hesablı qələbəsinə 18 xalla töhvə verib.

 

Odina Bayramovanın forma geyindiyi “Seramiksan” isə “Vakıfbank”a uduzub – 0:3. Hər üç setdə meydanda olan Odinanın faydalı iş əmsalı 7 xaldan ibarət olub.

 

Bu nəticələrdən sonra “Fənərbaxça” turnir cədvəlinin 2-ci, “Beşiktaş” 7-ci, “Seramiksan” 9-cu, “Bəylikdüzü” isə 10-cu pilləsində qərarlaşıb. 

0