[b]“Günahım var, çox peşmanam” – futboldan ömürlük uzaqlaşdırılan məşqçi[/b]
06.12.2017 - 12:52
[b]“Günahım var, çox peşmanam” – futboldan ömürlük uzaqlaşdırılan məşqçi[/b]

AFFA-nın İntizam Komitəsi tərəfindən futboldan ömürlük uzaqlaşdırılan “Keşlə” və “Neftçi”nin sabiq əməkdaşı, məşqçi-metodist kimi çalışan Ağakişi Mehdizadənin apasport.az saytına müsahibəsi

 

- AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında sizin futboldan ömürlük uzaqlaşdırılmağınız haqda qərar qəbul edilib. Bu barədə nə deyə bilərsiz?

- Xəbərim var. Sabah AFFA-ya gedəcəm. Hər şeyi dəqiqləşdirdikdən sonra daha ətraflı danışa bilərəm.

 

- Qərardan sonra özünüzü necə hiss edirsiz və bunu gözləyirdizmi?

- Özümü necə hiss edə bilərəm? Həyatım futbol idi, o da məhv oldu, getdi. Əlbəttə ki, çox pisəm.

 

- Özünüzü günahkar sayırsızmı?

- Əgər belə bir qərar veriblərsə, deməli, günahkaram.

 

- Deməli, oyunların idman nəticəsinin manipulyasiyasında iştirakınızı etiraf edirsiz...

- Bəli. Günahım var. Sadəcə, bu qərarı gözləmirdim. Düşünürəm ki, nədənsə xəbərim olub, ona görə cəzalandırılmışam.

 

- Onda AFFA-nın kəsdiyi cəza ilə razılaşırsız?

- Məncə, ağır cəzadı. Çünki bütün həyatım futbolla bağlıdı. Sevimli peşəmi itirmək mənə ağır gəlir.

 

- Günahınız Premyer Liqanın XIII turunda keçirilən “Neftçi” – “Keşlə” (3:1) oyunu ilə bağlıdı?

- Xeyr, həmin matça aidiyyatı yoxdu. Ola bilər ki, cəza başqa oyunlara görə verilib. Sabah daha dəqiq deyə bilərəm.

 

- AFFA-ya bununla bağlı izahat təqdim etmisizmi?

- Bəli, izahat yazmışam.

 

- Əməlinizə görə peşmansızmı?

- Təbii ki. Çox peşmanam.

0