[b]“Qəbələ” “Səbail”i darmadağın etdi[/b]
08.12.2017 - 00:09
[b]“Qəbələ” “Səbail”i darmadağın etdi[/b]

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub. Apasport.az saytının məlumatına görə, “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvəsini sınayıblar.

 

Gənclər Liqasında mübarizə aparan U-19 komandası evdə “Səbail”lə heç-heçə edib – 1:1. “Qəbələ” 11 oyundan sonra 29 xalla yarışın vahid lideridir. U-17 səfərdə “Keşlə”ni məğlub edib – 2:0. 12 matçda 32 xal yığan komanda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

 

“Qəbələ” U-16 Liqasında “Səbail”in qonağı olub və səfərdə 7 cavabsız qolla qalib gəlib. “Qırmızı-qaralar” 10 oyundan sonra 24 xalla 2-ci pillədə yer alıb.

 

U-15 “Neftçi”dən güclü olub – 3:0. 11 görüşdə 31 xal toplayan komanda liqanın turnir cədvəlinə başçılıq edir.

 

Paytaxt zonasında çıxış edən U-14 “Stern”i 14:0 hesabı ilə məğlub edib. 10 oyundan sonra 29 xala malik “Qəbələ” təmsilçisi 1-ci pilləyə yüksəlib.

 

Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə U-12, U-11 və U-10 komandaları XII turun matçlarına çıxıblar. 12 yaşadək futbolçulardan ibarət “Qəbələ” və UGİM arasında görüşdə qalib nüəyyənləşməyib – 1:1. 12 turdan sonra ilk iki pillədə qərarlaşan qəbələlilərin hərəsinin 31 xalı var.

 

U-11 Liqasında “Qəbələ” UGİM-dən güclü olub – 8:1. 12 oyundan 36 xal toplayan “Qəbələ” 1-ci, 24 xal qazanan UGİM 2-cidir. U-10 Liqasındakı üç komandadan ikisi meydana çıxıb. UGİM-i (Yevlax) 21:1 məğlub edibsə, Gİİ Yevlax UGİM “Rabitəçi”sinə uduzub – 4:7. 10 görüşdə 30 xal yığan “Qəbələ” 1-ci pillədədirsə, 11 matçda 21 xal toplayan Gİİ 3-cü, 10 qarşılaşma keçirən UGİM 18 xalla 4-cüdür.

 

Qızlardan ibarət komanda Yüksək liqada “Sumqayıt”a 0:2 hesabı ilə uduzub, ardınca “Təhsil”i məğlub edib – 3:0. 8 turdan sonra “qırmızı-qaralar” 19 xalla yarışın lideridir.

0