[b]İlin ən güclü pleymeykeri açıqlandı[/b]
08.12.2017 - 10:19
[b]İlin ən güclü pleymeykeri açıqlandı[/b]

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin ən güclü kişi və qadın pleymeykerinin adını açıqlayıb. Apasport.az xəbər verir ki, keçirilən sorğunun qalibləri “Barselona”nın üzvləri olub.

 

Kişilər arasında 247 səslə bütün rəqiblərini böyük fərqlə qabaqlayan Lionel Messi ardıcıl 3-cü dəfə bu mükafata layiq görülüb. Argentinalı futbolçu ən yaxın izləyicisi olan “Real”lı Toni Kroosdan təxminən 3 dəfə çox səs toplayıb. İlk “üçlüy”ü “Real”ın digər üzvü Luka Modriçlə yayda “Barselona”nı PSJ-yə dəyişən Neymar qapayıb.

 

Qadın futbolçulardan isə “Rozenqard”dan “Barselona”ya keçən Like Martens 165 səslə birinci olub. Onu 2016-cı ilin qalibi Cennifer Marojan və 2012-ci ildə ən yaxşı pleymeyker seçilən əfsanəvi Marta izləyib.

 

Sorğuda Azərbaycanı təmsil edən apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü Vüqar Xeyrullayev qalibləri doğru müəyyənləşdirib. Əməkdaşımızın kişilər arasında ikinci yerə layiq bildiyi Luka Modriç 3-cü, üçüncü hesab etdiyi Kevin De Bruyne isə 5-ci olub.

 

Xeyrullayevin qadın futbolçulardan üçüncü göstərdiyi Cennifer Marojan 2-ci yeri, ikinci saydığı Karli Lloyd isə 4-cü yeri tutub.

 

Kişilər:

1. Lionel Messi (Argentina, “Barselona”) - 247 səs

2. Toni Kroos (Almaniya, “Real”) - 90

3. Luka Modriç (Xorvatiya, “Real”) - 81

3. Neymar (Braziliya, “Barselona”/PSJ) - 81

5. Kevin De Bruyne (Belçika, “Mançester Siti”) - 53

6. İsko (İspaniya, “Real”) - 36

7. Andres İnyesta (İspaniya, “Barselona”) - 29

8. Filipp Koutinyo (Braziliya, “Liverpul”) - 17

9. Paolo Dibala (Argentina, “Yuventus”) - 16

10. Kristian Eriksen (Danimarka, “Tottenhem”) - 14

 

Qadınlar:

1. Like Martens (Hollandiya, “Rozenqard” / “Barselona”) - 165 səs

2. Cennifer Marojan (Almaniya, “Lion”) - 98

3. Marta (Braziliya, “Rozenqard”, “Orlando”) - 80

4. Karli Lloyd (ABŞ, “Hyuston”, “Mançester Siti”) - 78

5. Pernilla Harder (Danimarka, “Volfsburq”) – 60

6. Kamille Abili (Fransa, “Lion”) - 59

7. Meqan Rapinoe (ABŞ, “Sietl”) - 19

8. Ceki Qrunen (Hollandiya, “Frankfurt”) - 16

9. Şirli Kruz Trana (Kosta-Rika, PSJ) - 15

9. Samanta Kerr (Avstraliya, “Skay Blu”) – 15

 

0