[b]Dmitri Nazarovdan qol ötürməsi [/b]
09.12.2017 - 00:19
[b]Dmitri Nazarovdan qol ötürməsi [/b]

Almaniyanın II Bundesliqasında XVII tura start verilib. Apasport.az saytı xəbər verir ki, ilk oyun günündə millimizin üzvü Dmitri Nazarovun komandası "Aue" də meydana çıxıb.

 

"Darmştadt"la üz-üzə gələn kollektiv 1:0 hesablı qələbə qazanıb.

 

Start heyətində yer alan yığmamızın yarımmüdafiəçisi 90 dəqiqə meydanda olub. O, komandasının 35-ci dəqiqədə vurduğu qələbə qolunda məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, 17 oyundan sonra aktivində 22 xal olan "Aue" hazırda turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.  

0