SİZİN REKLAM BURADA

“Qəbələ”nin idmançısı keçmiş dünya çempionunu məğlub etdi

Hollandiyanın Rotterdam şəhərində kikboksinq üzrə “Glory” seriyalı növbəti turnir keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev də “Glory 49”un iştirakçısı olub.

 

Yarımorta çəki dərəcəsində çıxış edən idmançımız təşkilatın sabiq çempionu hollandiyalı Niki Holtskenlə qarşılaşıb. Üç raund davam edən döyüşdə rəqibini aşkar üstələyən Nəbiyev hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. Bununla da “Glory” reytinqindəki xal hesabını 466-ya çatdıran Alim siyahının 6-cı pilləsində qərarlaşıb.

 

Xatırladaq ki, Rotterdamdakı uğur Alimin “Glory” seriyasında 2-ci qələbəsi olub. Oktyabrda Fransanın Lion şəhərində yerli idmançı Cimmi Vienota qalıb gələn idmançımız bu dəfə aktivinə növbəti qələbəni yazıb.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10