[b]Yalnız məşqlərdə faydalı olan Səmədova[/b]
11.12.2017 - 10:08
[b]Yalnız məşqlərdə faydalı olan Səmədova[/b]

Qadın voleybolçular arasında İtaliya A seriyasında X turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın şərəfini qoruduğu “Skandiççi” “Foppapedretti”ni qəbul edib.

 

Qarşılaşma təmsilçimizin komandasının 3:2 (25:16, 26:28, 23:25, 25:18, 15:10) hesablı qələbəsi ilə başa çatıb. Səmədova əvvəlki turlarda olduğu kimi bu dəfə də oyun ərzində topa toxunmayıb. Komandanın baş məşqçisi Karlo Parisi voleybolçumuza yenə debüt şansı verməyib.

 

Nəticədə ancaq məşqlərdə “Skandiççi”yə fayda verən Səmədovanın komandası 22 xalla 4-cü pillədəki yerini qoruyub. 

0