[b]Polis futbolçuları güllə ilə yaraladı - FOTO[/b]
11.12.2017 - 12:06
[b]Polis futbolçuları güllə ilə yaraladı - FOTO[/b]

Argentina futbolunda növbəti dəfə qalmaqal yaranıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 5-ci liqada baş verən hadisə futbolçuların yaralanmasına səbəb olub.

 

Belə ki, “Armostronq”la “Las Parexas” arasında keçirilən görüşdən sonra meydanda qarşıdurma yaranıb. Azarkeşlərin meydana axın etməsinin qarşısını almağa çalışan polis əməkdaşları silahdan istifadə ediblər. Nəticədə bir neçə futbolçu plastik güllə yarası alıb.

 

Qeyd edək ki, oyun “Armostronq”un 2:0 hesablı qələbəsi ilə nəticələnib.

0