[b]Azərbaycan çempionatında neçə futbolçu oynadı?[/b]
14.12.2017 - 12:30
[b]Azərbaycan çempionatında neçə futbolçu oynadı?[/b]

Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün ilk yarısında 183 futbolçu çıxış edib. Apasport.az saytının məlumatına görə, bu oyunçulardan 115-i yerli, 18-i milliləşən, 50-si legionerdi.

 

Əcnəbilərin sayı çox aşağı olsa da, onlar 27 müxtəlif ölkəni təmsil edir. Bu 51 legioner çempionatdakı futbolçuların ümumi sayının 27,3 faizidi.

 

Azərbaycan klubları daha çox Braziliyaya, Fransa və Ukraynaya üz tutur. Cari mövsümdə bu ölkələrdən daha çox – 4 futbolçu Premyer Liqada çıxış edir. Çempionatımızda 6 ölkənin hərəsindən üç, 2 ölkənin hərəsindən iki legioner top qovur. Digər 16 ölkə isə yalnız bir futbolçu ilə təmsil olunur.

 

Maraqlıdı ki, çempionatımızda qonşuların sayı minimuma enib. Rusiya, İran və Türkiyədən oyunçu yoxdusa, Gürcüstan yalnız Tamazi Tsetsxladze ilə təmsil olunur. Amma Rusiya futbolunun yetirməsi olan milliləşmiş futbolçuların sayı həddən artıq çoxdu. İlk yarıda 12 belə oyunçu meydana çıxıb.

 

Premyer Liqadakı legionerlərin təmsil etdiyi ölkələr

Legionerlərin ölkələri

Futbolçu sayı

Braziliya

4

Fransa

4

Ukrayna

4

Hollandiya

3

İspaniya

3

Mali

3

Nigeriya

3

Rumıniya

3

Serbiya

3

Haiti

2

Xorvatiya

2

Albaniya

1

Bosniya və Herseqovina

1

CAR

1

Çexiya

1

Çili

1

Gürcüstan

1

Kamerun

1

Litva

1

Norveç

1

Paraqvay

1

Polşa

1

Qana

1

Qvineya-Bissau

1

Seneqal

1

Şotlandiya

1

Türkmənistan

1

27 ölkə

50 legioner

 

0