Yenilərin yeni iddiası: Yığmalar AFFA-dan qaçır

Azərbaycan milli komandalarının yeni qərargahı yaradıla bilər. Apasport.az saytının məlumatına görə, yığmalara yeni məşqçi təyinatlarından sonra belə zərurət yaranıb.

 

Belə ki, millilərə başçılıq edəcək məşqçilər AFFA-nın qarşısında tələblə çıxış ediblər. Qurban Qurbanov (əsas), Rəşad Sadıqov (U-21 və U-20), Vüqar Məmməd (U-19), Zaur Həşimov (U-18) və Ramin Quliyev (U-17) assosiasiyadan ayrıca ofis istəyiblər.

 

Yeni məşqçilər AFFA-nın yerləşdiyi binanı bəyənməyərək, burada ayrılacaq məkandan imtina ediblər. Çalışdırıcılar toplantıları, görüşləri, həmçinin mətbuat konfransları və digər tədbirlərin keçiriləcəyi xüsusi məkan tələbi qoyublar.

 

Onların bu istəyi gerçəkləşsə, yığmaların bütün qərargahı həmin yeni məkanda qərarlaşacaq. AFFA-nın gözlənilməz tələbə necə cavab verəcəyi hələ bəlli deyil.

 

Əslində, hansısa ölkədə milli komandaların ayrıca mənzil-qərargahının olması mümkünsüz deyil. Amma əksər hallarda milli assosiasiya və yığma ölkə futbolunun ayrılmaz hissəsi olduğundan eyni divarlar arasında yerləşir. Təbii ki, istisnalar da mümkündü.

 

Məşqçilərin tələbi ilə bağlı məsələnin həlli yolu və məkanı da var. Belə ki, əksər ölkələrdə yığmaların öz təlim-məşq bazası mövcuddu. Böyük ərazini əhatə edən və hər cür şəraitlə təchiz olunan belə məkandan millilərin mənzil-qərargahı kimi də istifadə etmək mümkündü.

 

Elə ölkəmizdə də belə yer var. Böyük vəsaitlər hesabına inşa olunan milli komandaların təlim-məşq bazasına xidmət edən AFFA Futbol Mərkəzi elə qərargah üçün də ideal məkandı. Söhbət “Dalğa Arena”nın yerləşdiyi bazadan gedir. Çünki əlavə yerin icarə, ya da inşasına xərc və zaman tələb olunacaq. Hazır məkan varsa, buna nə ehtiyac?

 

Futbol Mərkəzində komandaların məşqlərini daim izləmək də çalışdırıcıların işini yüngülləşdirə bilər. Arenadakı şəraitdən danışmaq isə yersizdi. Çünki vaxtilə FİFA və UEFA prezidentlərinin açılışını gerçəkləşdirdiyi baza ölkəmizdə ən yaxşılardan sayılır. Həm də ki, millilərin bazası mənzil-qərargah rolunu da oynaya bilməyəcəksə, bu arenaya nə ehtiyac var?

 

Futbolumuzda belə təcrübə əvvəllər də olub. Xeyli müddət “Şəfa” stadionu milli komandalara xidmət edib. Hətta məşqçilər də bu məkanda toplanırdılar.

 

Təbii ki, tələblə çıxış edən məşqçilər başqa məkan da istəyə bilər. Elə AFFA-nın da başqa məkan təklif etməsi mümkündü. Məsələn, Bakı Olimpiya Stadionu da məşqçilərə təklif edilə bilər. Amma bir şey dəqiqdi ki, yeniliklər assosiasiya ilə millilərin ayrılması ilə nəticələnəcək.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10