[b]Qvardiola oyunçusunu təriflədi: O, sadəcə “vəhşi”di[/b]
14.12.2017 - 20:41
[b]Qvardiola oyunçusunu təriflədi: O, sadəcə “vəhşi”di[/b]

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbolçusu David Silva haqqında danışıb. Apasport.az-ın “goal.com” saytına istinadən məlumatına görə, o, ispaniyalı yarımmüdafiəçinin yüksək oyunçu keyfiyyətlərindən bəhs edib.

 

“Hər kəs Silvanın yüksək səviyyəli texnikasından danışır. Bunu danmaq mümkün deyil. Yalnız korlar bunu görə bilməz. Ancaq siz bir də onun meydandakı mübarizəsinə fikir verin. Kənardan səliqəli oğlan kimi görünsə də, meydanda sadəcə “vəhşi”dir. Şadam ki, son oyunlarda komandamız üçün qollar vurur. Bu, çox vacibdi, çünki həmişə Aquero və Jesusdan qol gözləyə bilmərik” – deyə Pep bildirib.

 

Qeyd edək ki, David Silva bu mövsüm “Mançester Siti” forması ilə 17 oyunda meydana çıxıb. O, 5 qol vurub və 8 dəfə məhsuldar ötürmə ilə yadda qalıb. 

0