[b]Pirloya 1 oyunluq təklif[/b]
16.12.2017 - 12:00
[b]Pirloya 1 oyunluq təklif[/b]

İtaliya yığmasının sabiq üzvü Andrea Pirlo futbolçu karyerasını 1 oyunluq bərpa edə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, yeni təklif alıb.

 

Pirlonun xidmətində “Universitario” klubu maraqlıdı. Peru təmsilçisi əfsanəvi futbolçu ilə 1 oyunluq müqavilə bağlamaq istəyir. Bunun yeni formanın təqdimatı üçün vacib olduğu bildirilir.

 

Pirlo ilə razılıq hələ ki, əldə olunmayıb.

 

Qeyd edək ki, son klubu “Nyu York Siti” olan Andrea Pirlo daha çox “Milan” və “Yuventus”, həmçinin İtaliya yığmasındakı çıxışı ilə yadda qalıb.

0