[b]Ulduzlardan 10 vida - FOTOSESSİYA[/b]
21.12.2017 - 18:27
[b]Ulduzlardan 10 vida - FOTOSESSİYA[/b]

2017-ci ildə karyerasını başa vuran ən məşhur futbolçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, sevimli idman növünə bu il vida edən məşhurların cədvəlində 10 oyunçu yer alıb.

 

Bu futbolçular müxtəlif yaşlarında bitirib. Onlar arasında ən yaşlısı italiyalı Françesko Tottidi. O, 41 yaşında meydanlardan ayrılıb.

 

İngiltərəli Frenk Lempard 39, italiyalı Andrea Pirlo ilə xorvatiyalı İvitsa Oliç 38 yaşında bu addımı atıb. Çexiyalı Tomaş Rositski və Dirk Kuyt isə 37 yaşınadək oynamağı lazım bilib.

 

Digər ulduzlar isə onlar qədər uzunömürlü karyeraya malik olmayıblar. İspaniyalı Xabi Alonso 36, Kaka ilə Viktor Valdes 35 yaşında futbola vida edib. Almaniyalı müdafiəçi Filip Lam isə buna daha tez ehtiyac duyub. Bundestimin kapitanı 34 yaşında futbolla vidalaşıb.

0