[b]Çempionun oyunu polşalı və belarusluya əmanət[/b]
23.12.2017 - 00:34
[b]Çempionun oyunu polşalı və belarusluya əmanət[/b]

Azərbaycan çempionu “Lokomotiv”in “Çelenc Cup” turnirinin 1/8 final mərhələsindəki ilk oyununun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, yanvarın 16-18-i aralığında Yunanıstanın Pirey şəhərində keçiriləcək görüşdə belaruslu və polşalı hakimlər iş başında olacaqlar.

 

Komandamızın oyununda ədaləti Siarhey Budzeyka və Tomaş Yanik qoruyacaqlar.

 

Qeyd edək ki, təmsilçimiz bu komanda ilə ikinci oyununu 30 yanvar – 1 fevral tarixlərindən birində keçirəcək. Görüş Bakıda Voleybol Mərkəzində olacaq.

0