[b]Xama Billiat “Qarabağ” yolunda: Afrikada qalmayacaq[/b]
17.01.2018 - 17:06
[b]Xama Billiat “Qarabağ” yolunda: Afrikada qalmayacaq[/b]

“Qarabağ” “Mamelodi Sandaunz”un hücumçusu Xama Billiatın transferi üçün CAR klubu ilə danışıqlara başlayıb. Apasport.az xəbər verir ki, bu barədə goal.com saytına futbolçuya yaxın mənbə məlumat verib.

 

Adı açıqlanmayan şəxs 28 yaşlı futbolçunun həmçinin CAR-ın digər klublarından təkliflər aldığını da gizlətməyib. Lakin o, Zimbabve yığmasının üzvünün Afrikadan ayrılmaqda qərarlı olduğunu söyləyib: “Billiat hansısa yerli klubla nə razılıq əldə edib, nə də müqavilə bağlayıb. Ümumiyyətlə, o, burda qalmaq fikrində deyil. Avropa və ya Asiyaya köçmək niyyətindədi”.

 

Mənbə CAR-ın “Kayzer” və “Orlando” klublarının maraq dairəsində olan Billiatla bağlı “Qarabağ”ın təklifindən də söz açıb. O, “Mamelodi Sandaunz”un indiki vəziyyətdə oyunçunu satmasının ən doğru addım olacağını düşünür: “Qarabağ” “Mamelodi Sandaunz”a öz təklifini edib. Billiatın durumu Aleksis Sançesə bənzəyir. Onun da müqavilə müddəti yaya qədərdi. Lakin indi satılmasa, yayda havayı getmək təhlükəsi var. Əminəm ki, “Mamelodi Sandaunz” tezliklə doğru qərarı verəcək”.

 

Qeyd edək ki, Xama Billiat 2013-cü ildən “Mamelodi Sandaunz”un formasını geyinir.

0