[b]"Onunla danışdıqdan sonra şübhəm qalmadı" - "Neftçi"nin yeni transferi[/b]
22.01.2018 - 12:38
[b]"Onunla danışdıqdan sonra şübhəm qalmadı" - "Neftçi"nin yeni transferi[/b]

"Təklif alandan sonra komanda haqda məlumat toplamağa başladım. Öyrəndim ki, "Neftçi” köklü və adlı-sanlı klubdu. Bu məni ruhlandırdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni transferi Fransisko Qarsia deyib.

 

"Neftçi” TV-yə müsahibə verib paraqvaylı yarımmüdafiəçi maraqlı fikirlər səsləndirib.

 

26 yaşlı futbolçu “ağ-qaralar”dan təklif alanda həmyerlisi Derlis Meza Kolli ilə söhbətləşdiyini deyib: “O, komanda haqda çox yaxşı sözlər dedi. Bundan sonra "Neftçi”yə keçəcəyimə şübhəm qalmadı. Yeni komandama uyğunlaşmağa çalışıram. Baş məşqçi çox tələbkardı. Bütün böyük klublarda futbolçulardan tələb də böyük olur. Baş məşqçinin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə çalışacağam. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün birlikdə əmək sərf edəcəyik”.

 

Qarsia "Qato” ləqəbi haqda da fikir bildirib: “Bu ləqəbi mənə "Serro Portenyo”nun aşağı yaş qruplarında oynayanda fiziki hazırlıq üzrə məşqçimiz verib. "Niyə məhz "Qato?” deyə soruşanda, o mənə gözlərimin pişik gözlərinə bənzədiyini dedi. Buna görə də məni "Qato” deyə çağırmağa başladı. O vaxtdan ləqəbim "Qato”du. Azarkeşlər, futbolçular, ailəm – hamı mənə "Qato” deyir. Hər bir böyük klub kimi "Neftçi”nin də azarkeşləri möhtəşəmdi. Onların ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəm. Məqsədimiz kuboka sahib çıxmaqla Avropa Liqasına vəsiqə qazanmaqdı. İnanıram ki, qarşıya qoyulan məqsədlərə çata biləcəyik”.

0