“Bu, Ronaldo və Neymarın yox, “Real”la PSJ-nin qarşılaşmasıdı” - FOTO

“Real”ın baş məşqçisi Zinəddin Zidan maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə ilk oyunundan əvvəl mətbuat konfransında sualları cavablandıran fransalı mütəxəssis bir çox məsələlərə aydınlıq gətirib.

 

O, qovulması haqqında yayılan şaiyələri belə şərh edib: “Mən işləməyə çalışıram. Danışılanlara cavab vermirəm. Açıq deyim ki, gələcəyimdən narahat deyiləm. Bütün diqqətimi PSJ ilə oyuna yönəltmişəm. Bu, mənim və komandam üçün hazırda ən vacib oyundu”.

 

Zidan Neymar Ronaldo müqayisəsi haqqında da danışıb: “Ayrıca oyunçuları müqayisə etməyin əleyhinəyəm. Bu, Ronaldo və Neymarın deyil, “Real” və PSJ-nin qarşıdurması olacaq. Şanslar isə 50/50-yə bərabərdi”.

 

Qeyd edək ki, iki komanda arasında ilk oyun sabah, fevralın 14-də Madriddə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 24 18 5 1 34-8 59

2.

Qəbələ

24 12 6 6 37-24 42

3.

Sumqayıt 24 11 6 7 31-26 39

4.

Neftçi

24 11 4 9 32-24

37

5.

Zirə

24

9 8 7 30-26 35

6

Keşlə 24 5 6 13 22-37 21

7.

Səbail

24

5 5 14 16-33 20

8.

Kəpəz

24 3 4 17 15-39 13
               

 

Top 10