[b]Ouen “Porto” – “Liverpul” matçına proqnoz verdi [/b]
14.02.2018 - 17:32
[b]Ouen  “Porto” – “Liverpul” matçına proqnoz verdi [/b]

İngiltərə yığmasının sabiq hücumçusu Maykl Ouen maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı xəbər verir ki, keçmiş futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün keçiriləcək “Porto” – “Liverpul” matçı haqda proqnoz verib.

 

Vaxtilə “mersisaydlılar”ın formasını geyinmiş Ouen “Liverpul”un 9 ildən sonra Çempionlar Liqasının pley-off mərhələsində olduğunu vurğulayıb: “Bu komanda indiyə qədər “Porto” ilə 4 dəfə qarşılaşıb və heç birində uduzmayıb. Amma hazırda “Porto” çox praqmatikdi. Odu ki, qonaqların işi çətin keçəcək. Portuqaliya təmsilçisi müdafiədən oynamağı bacarır. “Liverpul” isə “avtobus” görəndə adətən özünü itirir. Proqnoz yazsam, heç-heçə variantını seçərəm”.

 

Qeyd edək ki, 1996-2004-cü illərdə “Liverpul”un formasını geyinmiş Maykl Ouen karyerası ərzində “Real”, “Nyukasl”, “Mançester Yunayted” və “Stok Siti” klublarının da üzvü olub. 

0