[b]FİFA reytinqi: Yığmamızın “qara günlər”i qabaqdadı[/b]
15.02.2018 - 14:38
[b]FİFA reytinqi: Yığmamızın “qara günlər”i qabaqdadı[/b]

Bu gün açıqlanan FİFA reytinqində 275 xalla 119-cu yerdə olan Azərbaycan millisini daha ağır günlər gözləyir. Apasport.az saytının məlumatına görə, yığmamızın növbəti cədvəldəki durumu daha acınacaqlı olacaq.

 

Belə ki, martın 15-də açıqlanacaq siyahıyadək heç bir matç keçirməyəcək komandaların əmsalları indidən bəllidi. Qurban Qurbanovun baş məşqçisi olduğu millimiz də qarşıdakı 4 həftədə heç bir oyuna çıxmayacaq. Bu isə o deməkdi ki, komandamızın əmsalı məlumdu.

 

Yığmamız mart reytinqində 243 xala malik olacaq. Bu da 32 xal itkisidi. Belə geriləmənin mövqeyimizə nə qədər təsir etməsi digər millilərin nəticələrindən asılıdı. Lakin indiki duruma əsasən müəyyən proqnozlar vermək olar. İlk baxışdan 32 xal itkisinin təxminən 8 pilləlik geriləməylə nəticələnəcəyini proqnozlaşdırmaq mümkündü. Bir sözlə, yığmamızın 127-ci yerin yaxınlığınadək uçuruma yuvarlanması gözlənilir.

0