[b]“Yuventus” “topçu”ya elçi düşüb[/b]
15.02.2018 - 21:00
[b]“Yuventus” “topçu”ya elçi düşüb[/b]

“Yuventus” Cek Uilşiri heyətinə qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, bu barədə “Mirror” nəşri xəbər yayıb.

 

Bildirilib ki, Turin təmsilçisi “Arsenal”la müqaviləsi mövsümün sonunda başa çatacaq gənc futbolçu ilə danışıqlara start verib. Qaydalara görə, anlaşmanın sonuna 6 aylıq qalmış futbolçu başqa klublarla danışıq apara bilər.

 

Qeyd edək ki, “topçular”ın yetirməsi olan və 2008-ci ildən bu komandanın əsas heyətində oynayan Uilşir İngiltərə millisində də 34 matç keçirib.

0