[b]Orxan Hüseynzadənin KK-dakı taleyi necə olacaq?[/b]
16.02.2018 - 12:46
[b]Orxan Hüseynzadənin KK-dakı taleyi necə olacaq?[/b]

“Orxan müəllimin “Neftçi”dən ayrılması hamımız üçün yeni xəbərdi. Onun Klublar Komitəsində (KK) qalıb-qalmayacağı ilə bağlı hələ heç bir söhbət olmayıb”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA Klublar Komitəsinin koordinatoru Zaur Hacıməhərrəmov deyib.

 

“Neftçi”nin prezidenti postundan bu gün istefa verən Orxan Hüseynzadə eyni zamanda Klublar Komitəsinin sədri vəzifəsində çalışırdı. Baş verən ayrılıqdan sonra onun KK-dan gedişi də qaçılmaz görünür.

 

Hacıməhərrəmov məsələ ilə bağlı heç bir yeniliyin olmadığını bildirib: “Əslində, iclası fevralın 2-də Antalyada keçirməyi planlaşdırırdıq. Ancaq Gürcüstan və Kosovo ilə oyunlar təxirə salındığından, bizim iclas da baş tutmadı. Gələn həftənin sonunda və ya o biri həftənin əvvəlində yığışmağı düşünürdük. Orxan müəllimin özü ilə bu haqda danışmışdım. Fevralın 19-da dəqiq tarixi müəyyənləşdirəcəkdik. Ancaq bugünkü istefa xəbərindən sonra necə olacağını mən də bilmirəm”.

0