[b]“Siftə”sini qolla “yuyan” debütant ilkə imza atdı[/b]
18.02.2018 - 00:02
[b]“Siftə”sini qolla “yuyan” debütant ilkə imza atdı[/b]

Azərbaycan Premyer Liqasında XVI tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk oyununda “Zirə” səfərdə “Qəbələ” ilə qarşılaşıb.

 

“Zirə”nin heyətində yeni transfer Aleksandr Dedov debüt etmək imkanı qazanıb. Azərbaycan çempionatında ilk dəfə meydana çıxan Moldova millisinin hücumçusu debütünü qolla qeyd edib.

 

Bununla da o, Azərbaycan çempionatları tarixində qol vuran 561-ci legioner olub. Bu oyuna qədər mövsümboyu 11 legioner milli birinciliyimzdə ilk dəfə fərqlənmişdisə, Dedov onların sayını 12-ə çatdırıb.

 

Dedov həm də Azərbaycanda qol sevinci yaşamış 22-ci moldovalı olub. Mövsümün ilk yarısında çempionatda bu ölkədən heç bir oyunçu yox idisə, qış fasiləsindən sonra onların sayı ikiyə çatıb. “Səbail”in heyətində Yevgeni Koçuk hələ fərqlənə bilməsə də, Dedov artıq moldovalıların ilk qolunu rəqib qapısından keçirib.

 

Qeyd edək ki, Azərbaycan çempionatında ən çox qol vuran moldovalı oyunçu Anatoli Doroşdu. O, müxtəlif klubların heyətində 32 dəfə fərqlənib.

0