[b]Vüqar Nadirovun het-triki “Səbail”ə qələbə qazandırdı[/b]
26.02.2018 - 00:19
[b]Vüqar Nadirovun het-triki “Səbail”ə qələbə qazandırdı[/b]

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 17-ci tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə iki görüş baş tutub.


“Səbail” doğma meydanda “Qəbələ” ilə qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb.


Turun son oyununda isə “Neftçi” “Zirə” ilə üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib – 1:1.


Əvəzedicilərin çempionatı
17-ci tur
25 fevral


“Səbail” - “Qəbələ” – 4:3

Qollar: Emil Həsənzadə, 9, Vüqar Nadirov, 25; 53; 63 – Əli Sadıqov, 13. Faiq Hacıyev, 28. Kamran Quliyev, 60


“Neftçi” - “Zirə” – 1:1

Qollar: Qədir Bayramov, 76 - Mirsahib Abbasov, 84

0