[b]Taekvondoçularımızdan 2 medal[/b]
04.03.2018 - 14:46
[b]Taekvondoçularımızdan 2 medal[/b]

Bolqarıstanda təşkil edilən taekvondo üzrə "Sofia Open" beynəlxalq turniri davam edir. Apasport.az saytı xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət Olimpiya yığması yarışa 6 idmançı ilə qatılıb.

 

Millimizin iki üzvü artıq medal qazanıb. Sayca 5-ci olan G1 kateqoriyalı yarışda baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə iştirak edən komandanın idmançısı Xanoğlan Kərimov 51 kq çəki dərəcəsində qarşılaşdığı rəqiblərinə şans verməyərək turnirin qalibi olub.

 

Onun komanda yoldaşı Bəhruz Quluzadə (-48 kq) isə yarımfinala qədər irəliləsə də, həlledici mərhələyə yüksələ bilməyib. O, turnirin bürünc medalı ilə kifayətlənib.

0