[b]Nazarov və komandası paytaxtdan 1 xalla qayıdır[/b]
11.03.2018 - 18:27
[b]Nazarov və komandası paytaxtdan 1 xalla qayıdır[/b]

Almaniyanın II Bundesliqasında XXVI turun oyunları keçirilir. Apasport.az saytı xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” klubu da meydana çıxıb.

 

Aue təmsilçisi səfərdə “Yunion Berlin”lə üz-üzə gəlib. Matç 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Start heyətində yer alan Nazarov matçın sonuna kimi meydanda qalıb.


Qeyd edək ki, aktivində 30 xal olan “Erzgebirge” hazırda turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.

0