[b]“Qəbələ” “Sumqayıt”la oyuna itki ilə çıxacaq[/b]
14.03.2018 - 10:33
[b]“Qəbələ” “Sumqayıt”la oyuna itki ilə çıxacaq[/b]

Azərbaycan Premyer Liqasının XX turunun “Keşlə” – “Qəbələ” matçı bir futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, 1:1 hesablı bərabərliklə 2 xal itirən qonaqlar Elvin Camalovun xidmətindən də məhrum olub.

 

Gənc yarımmüdafiəçi 4-cü sarı vərəqəsini alıb. Bu üzdən də Camalov növbəti matçı buraxacaq. O, XXI turun “Sumqayıt”la qarşılaşmasında “istirahət edəcək”.

 

Qeyd edək ki, “Qəbələ” – “Sumqayıt” matçı aprelin 2-də keçiriləcək.

0