[b]Araz Abdullayev oynadı, komandası sülhə razılaşdı[/b]
14.03.2018 - 21:45
Kipr Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilir. Apasport.az saytı xəbər verir ki, millimizin futbolçusu Araz Abdullayevin formasını geyindiyi "Anortosis" öz meydanında "Apollon"la qarşılaşıb.
Qarşılaşma 1:1 hesabı ilə nəticələnib. Hesabı ilk hissədə qonaqlar açsalar da, 57-ci dəqiqədə Pranyiçin penaltidən vurduğu qol matçda yekun hesabı müəyyənləşdirib.
Araz meydana start heyətində çıxıb.
Qeyd edək ki, bu komandalar arasında yarımfinalın cavab qarşılaşması aprelin 11-də keçiriləcək.
0
0