[b]Hollandiya və İtaliyaya qarşı 27 futbolçu ilə[/b]
15.03.2018 - 22:42
[b]Hollandiya və İtaliyaya qarşı 27 futbolçu ilə[/b]

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt millinin növbəti iki oyunu üçün heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, mütəxəssis 27 oyunçuya dəvət göndərib.

 

İngilislərin heyətini nəzərinizə çatdırırıq.

 

Qapıçılar: Cek Betlend (“Stok Siti”), Co Hart (“Vest Hem”), Cordan Pikford (“Everton”), Nik Poul (“Bernli”)

 

Müdafiəçilər: Ceyms Tarkovski (“Bernli”), Con Stouns (“Mançester Siti”), Elfi Mouson (“Suonsi”), Rayan Bertrand (“Sauthempton”), Qarri Maqir (“Lester”), Cozef Qomez (“Liverpul”), Kiran Tripper, Denni Rouz (“Tottenhem”), Kayl Uoker (“Mançester Siti”)

 

Yarımmüdafiəçilər: Luis Kuk (“Bornmut”), Ceyk Livermor (“Vest Bromviç”), Cordan Henderson, Adam Lallana, Aleks Oksleyd-Çemberleyn (hamısı “Liverpul”), Cessi Linqard, Eşli Yanq (hər ikisi “Mançester Yunayted”), Delle Alli, Erik Dayer (hər ikisi “Tottenhem”), Rahim Sterlinq (“Mançester Siti”), Cek Uilşir (“Arsenal”)

 

Hücumçular: Danni Uellbek ("Arsenal"), Markus Reşford (“Mançester Yunayted”), Ceymi Vardi (“Lester”)

 

Qeyd edək ki, İngiltərə millisi martın 23-də Hollandiya, 27-də isə İtaliya ilə qarşılaşacaq.

0