[b]Finalçılar bəllidi[/b]
02.04.2018 - 14:09
[b]Finalçılar bəllidi[/b]

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatının I liqasında yarımfinal mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, baş tutan oyunlardan sonra həlledici matçlarda mübarizə aparacaq komandalar müəyyənləşib.

 

Belə ki, qadın voleybolçular arasında çempion “İqtisadçı” – “Baku Stars” duelində bilinəcək. Bu komandalar yarımfinalda müvafiq olaraq, “Azərreyl-2” və “Dəmiryolçu”ya 3:0 hesabı ilə qalib gəliblər.

 

Kişi voleybolçuların mübarizəsində isə “Bos Şelf” “Astoriya”nı, “Taleh” – ATU-nu 3:0 hesabı ilə məğlub edib. Qələbə qazanan “Bos Şelf”lə “Taleh” finalda ölkənin ən güclüsünü müəyyənləşdirəcək. 

 

I liqa

Qadınlar

3 aprel

III yer uğrunda

16:00. “Azərreyl-2” – “Dəmiryolçu”

 

Final

18:00. “Baku Stars” – “İqtisadçı”

 

Kişilər

4 aprel

16:00. “Astoriya” – ATU

 

Final

18:00. “Bos Şelf” – “Taleh”

 

Qeyd edək ki, qadın voleybolçuların həlledici matçları Voleybol Mərkəzində, kişi komandaların oyunları “Sərhədçi” Olimpiya İdman Mərkəzində olacaq.

 

0