[b]Azərbaycan çempionatında mükafatçılar bəlli oldu[/b]
04.04.2018 - 21:59
[b]Azərbaycan çempionatında mükafatçılar bəlli oldu[/b]

Kişi voleybolçular arasında Azərbaycan çempionatının I liqasının oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, 10 komandanın iştirakı ilə 4 ay davam edən yarışın qalibi adını “Taleh” qazanıb.

 

Klub həlledici görüşdə “Bos Şelf”dən güclü olub. Onlar final matçında 3:0 hesabı ilə qələbə qazanmaqla, 2017/2018 mövsümünün çempionu adına yiyələniblər.

 

Bürünc medal uğrunda görüşdə isə ATU “Astoriya”nı məğlub edib – 3:1.

 

Qeyd edək ki, mükafatçıların yeni mövsümdə Yüksək Liqada oynaması planlaşdırılır.

0