Türkiyə klubu bir kubok qazandı, birini itirdi

Qadın və kişi voleybolçular arasında CEV kubokunun qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, final mərhələsində Türkiyənin bir klubu qalib gəldiyi halda, digəri məğlubiyyətə üzülüb.

 

Belə ki, qadın voleybolçular arasında qitənin ikinci dərəcəli klub turnirinin qalibi “Əczaçıbaşı” olub. İstanbul təmsilçisi Belarus “Miçanka”sını hər iki görüşdə məğlub edib. Səfərdə 3:1 hesabı ilə qalib gələn Marko Aurelio Mottanın rəhbərlik etdiyi komanda cavab görüşündə 3:0 hesabı ilə qələbə qazanıb.

 

Bu, “Əczaçıbaşı”nın beynəlxalq arenada 5-ci çempionluğu olub. Türklər bunadək Çempionlar Kubokunu (1999), Çempionlar Liqasını (2015) və 2 dəfə klublararası dünya çempionatını (2015, 2016) qazanıb.

 

Kişi voleybolçularının final oyununda isə “Beleqorye” (Rusiya) “Ziraat Bankası”ndan (Türkiyə) güclü olub. İlk matçda 3:0 hesabı ilə qələbə qazanan Belqorod təmsilçisi cavab qarşılaşmasında 3:2 hesabı ilə qalib gəlib. Bu, “Beleqorye”nin CEV kubokunda 2-ci çempionluğu olub. 9 il öncə analoji yarışın qızıl medalını qazanan ruslar 3 dəfə Çempionlar Liqasının (2003, 2004, 2014) və 1 dəfə klublararası dünya çempionatının birincisi adına yiyələnib.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 24 18 5 1 34-8 59

2.

Qəbələ

24 12 6 6 37-24 42

3.

Sumqayıt 24 11 6 7 31-26 39

4.

Neftçi

24 11 4 9 32-24

37

5.

Zirə

24

9 8 7 30-26 35

6

Keşlə 24 5 6 13 22-37 21

7.

Səbail

24

5 5 14 16-33 20

8.

Kəpəz

24 3 4 17 15-39 13
               

 

Top 10