[b]Beyl “Real”ı İtaliyaya dəyişə bilər[/b]
13.04.2018 - 17:20
[b]Beyl “Real”ı İtaliyaya dəyişə bilər[/b]

“Real”ın futbolçusu Qaret Beyl karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Apasport.az saytının “Independent”ə istinadən məlumatına görə, “İnter” Uels millisinin üzvünün xidmətində maraqlıdı.

 

“Real” komandanın “açar futbolçu”larından biri hesab edilməyən Beyli yayda satmaq niyyətindədi. Beylə görə yaxşı kompensasiya məbləği ödəməyə hazır olan Milan təmsilçisi yarımmüdafiəçini transfer etməyə ən yaxın olan klub qismində göstərilir.

 

Mənbənin məlumatına görə, “Arsenal”dan Aleksis Sançesi heyətinə qatan “Mançester Yunayted” artıq Qaret Beyllə maraqlanmır.

0