[b]“Barselona”dan növbəti rekord[/b]
18.04.2018 - 10:55
[b]“Barselona”dan növbəti rekord[/b]

La Liqanın XXXIII turunda “Barselona” səfərdə “Selta” ilə 2:2 hesablı bərabərliyə razı olub. Apasport.az saytının məlumatına görə, Primerodakı məğlubiyyətsiz seriyasını 40 oyuna çatdıran katalon klubu şəxsi rekordunu daha da yaxşılaşdırıb.

 

Həmçinin, “Barselona” 33 tur ərzində uduzmayaraq, La Liqa rekordunu da qırıb. Öncəki rekord “Real Sosyedad”a (1979-80 mövsümü, 32 oyun) məxsus idi.

 

“Barselona” La Liqanın növbəti turunda “Deportivo”nun qonağı olacaq.

 

 

0