[b]16 ildən sonra ilk dəfə[/b]
18.04.2018 - 16:20
[b]16 ildən sonra ilk dəfə[/b]

“Barselona” La Liqanın XXXIII turu çərçivəsində səfərdə “Selta” ilə keçirilən matçda öz yetirmələrindən heç kimə start heyətində şans verməyib. Apasport.az saytının məlumatına görə, bu, Kataloniya klubunda 16 ildən sonra bir ilkdi.

 

Xerar Pike, Serxio Buskets və Andres İnyesta “18-liy”ə daxil edilməmişdisə, Lionel Messi və Serxi Roberto isə 60-cı dəqiqədə meydana girmişdilər.

 

Daha öncə “Barselona”nın B komandasının forması geyinən Denis Suares ilk dəqiqələrdən meydanda olsa da, o, əvvəllər “Selta” və “Mançester Siti”nin aşağı yaş qruplarında oynadığından, klubun yetirməsi hesab olunmur.

 

Qeyd edək ki, “Selta” – “Barselona” qarşılaşması 2:2 hesabı ilə başa çatıb.

0