[b]“Qəbələ” çempion oldu[/b]
23.04.2018 - 17:53
[b]“Qəbələ” çempion oldu[/b]

“Qəbələ” Futbol Akademiyası 2017/18 mövsümündə ilk titulunu qazanıb. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi AFFA-nın təşkil etdiyi U-17 Liqasının çempionu olub.

 

“Qırmızı-qaralar” qızıl medalları XXIX turda rəsmiləşdirib. Öz meydanında “Zirə”yə 3:0 hesabı ilə qalib gələn “Qəbələ” yarışın sonuna 4 tur qalmış çempionluğu təmin edib. Keçirdiyi 29 matçda 23 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə məğlub olan komanda 101 qol vurub, 17-ni buraxıb. 73 xala malik “Qəbələ” ən yaxın izləyicisi “Neftçi”ni 12 xal qabaqlayır. Şəxsi oyunlardakı üstünlük (1:1, 4:0, 0:1) “qırmızı-qaralar”a 4-cü dəfə U-17 Liqasının çempionluğunu yaşadıb.

 

Qeyd edək ki, “Qəbələ” 2009/10, 2012/13 və 2014/15 mövsümlərində də bu liqanın qalibi olub. 2010/11, 2013/14 və 2015/16 mövsümlərində isə komanda 2-ci yeri tutub.

 

Mənbə: gabalafc.az

 

0