[b]Con Toşak və 76 namizəd[/b]
24.04.2018 - 09:50
[b]Con Toşak və 76 namizəd[/b]

Kamerun millisi baş məşqçi axtarışına başlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, futbol federasiyasının bu posta namizədi kifayət qədərdi.

 

Belə ki, federasiya rəhbərinin əlində 77 məşqçinin yer aldığı siyahının olduğu vurğulanıb. Dünya çempionatından kənarda qalan Afrika təmsilçisi yerlilərlə yanaşı, bir neçə təcrübəli mütəxəssislə də danışıq aparmaq qərarına gəlib. Onlar arasında ən diqqətçəkəni vaxtilə ölkəmizdə çalışmış Con Benjamin Toşakdı. 2013-cü ildə “Xəzər Lənkəran”a başçılıq etmiş 69 yaşlı mütəxəssis əsas hədəflərdən biridi.

 

Onunla yanaşı, Raymon Domenek, Lotar Matteus və Karlos Keyruşun da Kamerun yığmasını çalışdırmaq ehtimalı var.

0