[b]Azərbaycan kubokunda 1/4 final cütləri müəyyənləşdi[/b]
25.04.2018 - 21:36
[b]Azərbaycan kubokunda 1/4 final cütləri müəyyənləşdi[/b]

Futzal üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən 1/8 final mərhələsinin oyunlarından sonra mübarizəni davam etdirəcəyi dəqiqləşən 8 komanda 4 cütlük təşkil edib.

 

Bunların birində iki Yüksək Liqa komandası – “Marafon Futsal” və “FK. İtaldizain” üz-üzə gələcək. Elita klublarından ikisinə - “Araz” və EKOL-a aşağı dəstə təmsilçisinə gücünü göstərmək lazım gələcək.

 

Bir cütdə isə aşağı liqa təmsilçilərinin dueli baş tutacaq. “Hell Energy” və ADBTİA yarımfinala vəsiqə üçün mübarizə aparacaq.

 

Azərbaycan kuboku

1/4 final

“Araz” - “Yasamal-2” 
“Marafon Futsal” - “FK. İtaldizain Futsal” 
VİP FK – EKOL 
“Hell Energy” - ADBTİA

0